Menu

Şahramanyan da həbs ediləcək - İstintaqa çağırıldı

21.06.2025, 11:19
Şahramanyan da həbs ediləcək - İstintaqa çağırıldı

Son günlər Ermənistanda hakimiyyətə qarşı olan və əsasən Rusiyanın maliyyələşdirdiyi qüvvələrin sıralarında geniş həbslər aparılır.

“AzPolitika” xəbər verir ki, Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, Qarabağdakı keçmiş qondarma separatçı qurumun “başçısı” Samvel Şahramanyanın da həbs ediləcəyi gözlənilir.

Qəzet yazır ki, Ermənistan İstintaq Komitəsi Şahramanyana ikinci bildiriş göndərib. Onun dindirilməsi iyunun 27-nə təyin edilib: “Şahramanyanın dindirilməsi intensivləşir və bu prosesin onun həbsilə başa çatması gözləniləndir”.

Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi anti-terror əməliyyatı zamanı Qarabağdan qaçan Şahramanyanın səhlənkarlığını və döyüş sursatlarını Azərbaycan tərəfinə təhvil verməsi faktını araşdırır. Bu iş qondarma qurumun keçmiş “katibi” Samvel Babayanın məumatı əsasında başlanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol