Menu

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

22.06.2025, 09:30
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

"Report"un məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

“Şübhəsiz ki, ABŞ-nin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”, - İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə ünvanladığı məktubda deyilir.

“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”, - məktubda həmçinin deyilir.

Şərhlər

Eli 2025-06-22 10:04:10

BMT-ni ABŞ yaradıb ona geç ne ede bilmez ve etmez .BMT-ni bu dünyada sayan varmı?Hetta "cırtdan ölke" olan Ermenustan 30 ilde onu saymadə indi Amerika sayacaq?İnanmıram.

Bəhi 2025-06-22 09:55:03

Son günlər Ağ Ev daimi-canlı Yaxın Şərq Hərbi Aləti-İsrail hökuməti ilə birgə İranın Hərbi və Strateji-texnoloji obyyektləri ilə canlı bütün dünya aləmi üçün təhlükəli nüvə-atom tədqiqat-işləmə mərkəzlərinə də dağıdıcı zərbələr endiriblər. BMT TŞ həmin qərarların Beynəlxalq Tribunalda ciddi mühakiməsinə nail olması beynəlxalq nizama nail ola bilməyəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol