Menu

İranda 4,4 maqnitudada zəlzələ qeydə alınıb

22.06.2025, 12:44
İranda 4,4 maqnitudada zəlzələ qeydə alınıb

İranın cənubunda 4,4 maqnitudada zəlzələ baş verib.

"Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 88 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol