ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır.
“Report” xəbər verir ki. bunu İran Prezidenti Məsud Pezeşkianın Fransa lideri Emmanuel Makronla söhbəti zamanı bəyan edib.
“ABŞ bizə hücum edib. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar”, - Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib.
İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo idi. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edib.


Şərhlər
İsrail və ABŞın İrana(müraciət edə bilər?) qarşı müxtəlif sahəli və geniş təhlükə potensialı ola biləcək Hərbi dağıdıcı zərbə qərarları və icra nəticələri İran dövlətindən öncə İnterPolisin tədqiq-təslimi ilə BMT TŞ və Ədalət Məhkəməsinin, Roma Vatikan Statutunun mühakimələrinə təqdim edilməlidir. Əks halda real Hərbi-Güc bütün münasibətləri poza bilər?