Menu

İranda bütün nüvə obyektləri məhv edilib - ABŞ Prezidenti

23.06.2025, 07:42
İranda bütün nüvə obyektləri məhv edilib - ABŞ Prezidenti

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın yeraltında yerləşən bütün nüvə obyektlərinə ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində maksimum zərər dəyib.

APA xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.

“Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. ‘Məhv edilib’ ifadəsi tam dəqiqdir!” – deyə Tramp yazıb.

Dövlət başçısı əlavə edib ki, ən böyük dağıntılar yer səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərdə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol