Rusiya Ukrayan paytaxtı Kiyevə növbəti kütləvi raket və PUA hücumu həyata keçirib. Nəticədə şəhərin bir neçə rayonunda yaşayış binaları, ticarət və biznes mərkəzləri, metro stansiyası və digər obyektlər zərər görüb.
"AzPolitika" Ukrayna mediasına istinadla xəbər verir ki, hücum nəticəsində 6 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Aralarında ikisi uşaq da olmaqla, 10 nəfəri xilas etmək mümkün olub. Ukrayna Fövqəladə Hallar Nazirliyinin açıqlamasında qeyd edilir ki, xilasetmə işləri davam etdirilir və qurbanların sayı arta bilər.


Şərhlər