Menu

Rusiya Sumiyə atəş açıb - Ölənlər və yaralananlar var

24.06.2025, 09:08
Rusiya Sumiyə atəş açıb - Ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində 3 nəfər həlak olub.

APA-nın “Unian“a istinadən verdiyi xəbərə görə, bu barədə vilayət polisi məlumat yayıb.

"Gecə yarısı Rusiya hərbçiləri Sumı rayonunun Verxnesyrovatskaya icmasının kəndlərindən birinə PUA-larla irimiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 3 dinc sakin həlak olub. Onların arasında 8 yaşlı uşaq evin dağıntıları altından çıxarılıb. Hadisə zamanı daha 6 nəfər xəsarət alıb ki, onlardan da üçü uşaq olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlara lazımi yardım göstərilir”, - məlumatda deyilir.

Hücum nəticəsində 30-a yaxın yaşayış binasına və 4 avtomobilə ziyan dəydiyi, ərazidə genişmiqyaslı yanğının başladığı qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol