Tehran və Təl-Əviv arasında atəşkəs bağlandığı açıqlandıqdan sonra ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında İsrailə xəbərdarlıq edib.
Tramp İsrailə çağırış edərək yazıb:“İsrail, bu bombaları atmayın. Əgər etsəniz, bu, böyük bir pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın!”.
Qeyd edək ki, tərəflər arasında atəşkəs razılaşması əldə olunsa da, qarşılıqlı hücumlar davam edir.
"AzPolitika.info"


Şərhlər