2025-ci ilin yanvar - may aylarında banklar 430.7 mln. manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 17,1% azdır.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Sektorun əməliyyat mənfəəti isə 3,3% azalaraq 708.2 mln. manat təşkil edib.
Cari ilin 5 ayında banklar tərəfindən həmçinin, 109 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Ötən ilin eyni dövründə bu rəqəm 107.4 mln. manat təşkil edib.


Şərhlər
Banklar əvvəlki kimi qazana,xalqı soya bilmədiyindən indi bank kartlarından oğurlğa başlayıb?Niyə bank kartlarından oğurluq cinayətəri ilə məşğul olub oğurluğun arşısını alan tapılmır.?Bu məsələyə kimlər biganəlik göstərir?Banklar yoxsa DİN?