Menu

İsrail-İran atəşkəsi davam edir - Hər iki ölkə təhlükəsizlik tədbirlərini yumşaltdı

25.06.2025, 13:28
İsrail-İran atəşkəsi davam edir - Hər iki ölkə təhlükəsizlik tədbirlərini yumşaltdı

İsrail və İran səmasında atəşkəs artıq ikinci gündür ki, nisbətən sakit davam edir.

ABŞ Prezidenti Donald Trampın İsrailə ünvanlanan tənqidlərindən sonra onun vasitəçiliyi ilə əldə edilən atəşkəs rejimi qorunur. İyunun 25-i səhər saatlarında İsrail hakimiyyəti müharibə ilə əlaqədar mülki əhaliyə tətbiq olunan məhdudiyyətlərin böyük hissəsini ləğv edib.

İsrail ordusu məhdudiyyətlərin yumşaldılması qərarının verildiyini açıqlayıb.

İran Prezidenti Məsud Pezeşkian isə atəşkəsin təsdiqlənməsindən sonra ölkəsinin normal həyata qayıtmağa hazır olduğunu bildirib. O, televiziya müraciətində qeyd edib:“Bu gündən hökumət və müvafiq strukturlar bərpa işlərinə başlayacaq və normal həyata qayıdacaq”.

Pezeşkian İsrailin hücumlarını “terror aktı” kimi qiymətləndirib və bunun İranın ABŞ ilə diplomatik dialoq aparmağa çalışdığı dövrdə həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də səhər saat 07:00-da qüvvəyə minən atəşkəsdən əvvəl və sonra tərəflər raket zərbələri və hava hücumlarına davam etmişdilər. Bu hadisələrə Tramp sərt reaksiya verib. Vaşinqtondan NATO sammitinə yola düşərkən jurnalistlərin suallarına cavabında o, İsraili tənqid edərək bildirib ki, atəşkəs razılaşmasına baxmayaraq, İsrail İran ərazisinə zərbələr endirməkdə davam edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol