İran hakimiyyəti son 12 gün ərzində İsraillə əlaqəli olduğu iddia edilən 700-dən çox şəxsin həbs edildiyini açıqlayıb.
Məlumat iki ölkə arasında təxminən iki həftə davam edən qarşıdurmadan sonra əldə olunan atəşkəsin ardından dövlətə bağlı media qurumları tərəfindən yayımlanıb.
İran məhkəməsinə bağlı "Mizan" xəbər agentliyi İsraillə əməkdaşlıqda ittiham olunan üç nəfərin edam edildiyini bildirib. Edam edilən şəxslərin adları İdris Əli, Azad Şücai və Rəsul Əhməd Rəsul kimi açıqlanıb. Onların adları açıqlanmayan bir şəxsin sui-qəsdində istifadə olunan avadanlıqları qaçaq yolla İrana gətirdikləri iddia olunub.
Edamlar İranın şimal-qərbində, Türkiyə sərhədinə yaxın yerləşən Urmiya şəhərində baş tutub.
"AzPolitika.info"


Şərhlər
Xəbəriniz varmi onların 85 faizi əfqanlardir. Hamisi dolanişiq üçün müsəlmanin əbədi və qari düşmanı sionistlərə işləyir. Ona görə ölkəyə belə kasib olkələrdən gələnləri cıxarmaq lazımdir. İnformasiya portaları yazır ki, hər gün İran-Əfqan sərhədlərini 10 min adam kecir. İranda 2 milyondan artıq əfqan taliblərin əlindən İrana qacib ...