Menu

Səyyad Aran İmişlidə seçiciləri ilə görüşdü – FOTOLAR

25.06.2025, 13:46
Səyyad Aran İmişlidə seçiciləri ilə görüşdü – FOTOLAR

Milli Məclisin deputatı Səyyad Salahlı (Aran) İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbində seçiciləri ilə görüşüb.

Deputat ötən dövr ərzində vətəndaş müraciətləri əsasında gördüyü işlər haqqında ətraflı məlumat verib. Görüşün 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində baş tutduğunu vurğulayan Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Ordusunun bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü ordularından birinə çevrildiyini diqqətə çatdırıb. 

Qeyd olunub ki, Çaxırlı kənd tam orta məktəbinin 7 məzunu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kənd sakinlərinin xahişi, deputat Səyyad Salahlının dəstəyi ilə məktəbin şəhidlərinin xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı baş tutub. 

Səyyad Salahlı bildirib ki, Azərbaycan xalqı şəhidlərin xatirəsini hər zaman uca tutur və onları heç zaman unutmayacaq.

Kənd sakinləri hər zaman onların yanında olduğu üçün deputata təşəkkür ediblər.

Şərhlər

Tahir 2025-06-25 15:15:16

Səyyad Aranla görüşə cəmi 5 nəfər gəlib. Qalanları Səyyad Aranın yanında hərlənəndir. Əslində İmişlidə Səyyada elə bu sayda seçici səs verə ya verməyə. İndi müxtəlif pozalarda şəkillər çəkdirib KİV-nə göndərir. ...

Isil İmişlili 2025-06-25 14:03:14

Seciciləri ilə yox onu hec kim secməyib. ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol