Menu

İranın müdafiə naziri Çinə səfər edib

25.06.2025, 20:01
İranın müdafiə naziri Çinə səfər edib

İranın müdafiə naziri Əziz Nəsirzadə Çinə səfər edib.

APA xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Məlumata görə, Nəsirzadə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Çindao şəhərində keçirilən toplantısında iştirak edir.

Səfər çərçivəsində İran müdafiə naziri çinli həmkarı Dong Jun ilə görüşüb.

Bu, İran müdafiə nazirinin İsraillə müharibə başlayandan bəri ilk xarici səfəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol