Menu

Ağır yol qəzasında üç nəfər ölüb

26.06.2025, 09:45
Ağır yol qəzasında üç nəfər ölüb

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol