Menu

F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair danışıqlar başlayıb

26.06.2025, 14:39
F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair danışıqlar başlayıb

F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair texniki danışıqlar başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə F-35-lərdən imtina etməyib və haqsız yerə proqramdan kənarlaşdırılıb. Ərdoğan bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol