Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Udmurtiya Respublikasında yerləşən və hərbi texnika istehsal edən İjevsk Elektromexaniki Zavodu "KUPOL"-a dron zərbəsi endirib.

Bu barədə məlumatı UNİAN agentliyinə SBU-dakı mənbələr verib.

Mənbənin bildirdiyinə görə, zərbə nəticəsində zavodun istehsal və anbar sahələrində yanğın baş verib. Zavod Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə “Tor” və “Osa” zenit-raket komplekslərini, eləcə də “Harpiya” adlı döyüş dronları istehsal edir. Müəssisə Rusiya hərbi-sənaye kompleksinə daxil olduğu üçün beynəlxalq sanksiyalar altındadır.

SBU-nun məlumatına görə, dronlar zavodun ən azı iki korpusuna dəqiq zərbə endirib, nəticədə böyük yanğın başlayıb.

"AzPolitika.info"