Menu

“BÜTÜN LAYİHƏLƏRİ YIĞIŞDIRIN, ATAM BU YERİ QARDAŞ ÖLKƏYƏ VERİB”- Prezident + FOTO

03.07.2025, 00:12
“BÜTÜN LAYİHƏLƏRİ YIĞIŞDIRIN, ATAM BU YERİ QARDAŞ ÖLKƏYƏ VERİB”- Prezident + FOTO

“Biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yenə də Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir”.

“AzPolitika” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatları zamanı deyib.

“Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu “ovçular” olub.

Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib. Qərar veriləndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda, qərar qəbul etdi və indi gözəl bina tikilib” - deyə, o, bildirib.

Şərhlər

Toğrul 2025-07-05 17:28:30

Allah Ulu Önderimiz Heyder Əliyeve rehmet elesin. O doğurdanda güclü biliye, ağilli siyasete malik insan idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol