Menu

Putinin nümayəndə heyəti Bakıya uçub

07.07.2025, 21:20
Putinin nümayəndə heyəti Bakıya uçub

“Bu gün Moskvadakı Vnukovo hava limanından havaya qalxan Rusiya Hökumət Aviasiya Dəstəsinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enməyə hazırlaşır”.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” “Telegram” kanalı məlumat yayıb. Kanal iddia edir ki, hökumətə məxsus “Süperjet”in göyərtəsində fövqəladə hallar naziri Aleksandr Kurenkov var. O, Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsinə dair qeyri-rəsmi danışıqlar aparmalıdır.

Daha əvvəl “VÇK-OGPU” məlumat vermişdi ki, “Moskvada iki ölkə arasında yaranmış münaqişəni qeyri-rəsmi yolla həll etmək məqsədilə Bakıya göndəriləcək nümayəndə heyəti hazırlanıb. Bildirilirdi ki, Putinin məktubu təqdim olunacaq və həbs olunan şəxslərin “mübadiləsi” ilə bağlı təklif də irəli sürülə bilər”.

“AzPolitika.info”

Şərhlər

Kohne 2025-07-08 04:34:53

XOŠ NIYYETE GELMEZ...........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol