Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycanın qarşılıqlı faydalı münasibətlərini pozmamalıdır.

“AzPolitika"  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdar olduqlarını  bildirib: “Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edirdi. Biz əvvəldən onunla razılaşmırdıq.

Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacaq. Mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”.

Xatırladaq i, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.

“AzPolitika.info"