"Ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil".

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.