Menu

Putini dron hücumundan bu cür qoruyurlar – VİDEO

29.07.2025, 12:59
Putini dron hücumundan bu cür qoruyurlar – VİDEO

Ukrayna PUA-larının Rusiyaya yaratdığı problemlər birbaşa Vladimir Putinə qədər gedib çatıb. Artıq Putinin mühafizəçiləri onu Ukrayna dronlarından qorumaq üçün tədbirlə görmək məcburiyyətindədirlər.

“AzPolitika” xəbər verir ki, Putinin mühafizəçilərindən birinin əlində naməlum cihazla görüntüsü yayımlanıb. Mütəxəssislər bunun dron ələ keçirən cihaz olduğunu müəyyən ediblər.

Belə ki, ukraynalı hərbi analitik Sergey Beskrestnov Vladimir Putinin mühafizəçisinin əlində naməlum cihaz saxladığı videonu dərc edib. Beskrestnov Putinin mühafizəçisinin əlində olan cihazın dron hücumuna qarşı cihaz olduğunu müəyyən edib. 

“Agentlik” qeyd edir ki, bu, “Yolka” kinetik dronu ola bilər. Bu cihaz düşmən PUA-larını məhv etmək üçün təkrar istifadə oluna bilən katapultdan buraxılan kinetik drondur. Lakin hələlik Putinə qarşı belə bir sui-qəsd olmadığından həmin kinetik dronun nə dərəcədə işə yaradığı məlum deyil…

VİDEO linkdə: https://www.facebook.com/reel/1413047476654772

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol