Menu

"ABŞ yeni zərbə endirə bilər" - Tramp yenidən İranı hədələdi

07.08.2025, 14:00
"ABŞ yeni zərbə endirə bilər" - Tramp yenidən İranı hədələdi

ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında İrana növbəti dəfə xəbərdarlıq edib. 

O bildirib ki, əgər Tehran nüvə proqramını bərpa etməyə çalışarsa, ABŞ tərəfindən yeni hərbi zərbə endirilə bilər.

Tramp ABŞ Hərbi Hava Qüvvələrinin yeni B-2 bombardmançılarını sifariş etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bu tədbirlər İranın mümkün təxribatlarına qarşı qabaqlayıcı addım kimi qiymətləndirilir.

Maraqlıdır ki, bu bəyanat İran və İsrail arasında elan olunmuş kövrək atəşkəsdən yalnız bir neçə həftə sonra səslənib. 

"AzPolitika.info"

Şərhlər

Roma 2025-08-07 17:51:56

Trampın da gücü İrana çatır, hünərin var Rusiyanı hədələ də...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol