Menu

ABŞ-nin Rusiyaya qarşı addımları Putindən asılı olacaq - Tramp

08.08.2025, 01:12
ABŞ-nin Rusiyaya qarşı addımları Putindən asılı olacaq - Tramp

ABŞ-nin Moskvaya qarşı növbəti addımları Rusiya prezidenti Vladimir Putindən asılı olacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Jurnalistlərdən birinin Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı razılıq əldə etmək üçün verdiyi müddətlə bağlı sualına Tramp belə cavab verib: "Bu, ondan asılı olacaq. Onun nə deyəcəyini görəcəyik, ondan asılı olacaq".

Bundan başqa Tramp bildirib ki, Vladimir Putinlə görüş üçün onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünü şərt qoşmur.

"Onlar mənimlə görüşmək istəyirlər. Mən qan tökülməsini dayandırmaq üçün əlimdən gələni edəcəyəm", - Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol