Menu

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə müqavilədən imtina edib

08.08.2025, 12:30
Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə müqavilədən imtina edib

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək haqqında müqavilə imzalamağa hazır deyil.

APA xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

Xarici İşlər Nazirliyi isə öz növbəsində Rusiya Federasiyasından qoşunların çıxarılmasını və Gürcüstanın işğal olunmuş bölgələrinin tanınmasından imtina etməsini tələb edib.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, eyni zamanda, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə, qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol