İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir.
IRNA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.
"Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur", - Pezeşkian vurğulayıb.
Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını bildirib. (report)

Şərhlər
Hər yeni layihəni özün düşünəndə nadir-yüksək əhəmiyyətli, digəri cızanda ilkən müəmmalı şübhə doğurur? Zəngəzur dəhlizi Azərbaycanı Türkiyə ilə nisbətən asan qovuşduracaqsa, Ermənistanın yollarını yüz qat, İran əlaqələrini azı 30-50%, Gürcüstanın cənuba çıxışını daha 50%, böyük RF üçün əvəzsiz sel kimi axan ixrac yoluna çevriləcək!