Rusiyanın Donetsk vilayətində hərbi irəliləyişi davam edir.
"DeepState" analitiklərinin məlumatına görə, Rusiya ordusu Pokrovski rayonunda yerləşən Zatıçok kəndini işğal edib.
Eyni zamanda, rus hərbçiləri Donetsk vilayətində Konstantinovka istiqamətində və Çasovoy Yar yaxınlığında dörd digər yaşayış məntəqəsində də mövqelərini möhkəmləndirib. Rusların irəlilədiyi yerlər arasında Belitski, Novomarkovo, Diliyovka və Aleksandro-Kalinovo kəndləri də var.
Qeyd edək ki, bundan əvvəl Rusiya ordusu Donetsk vilayətinin Volnovax rayonundakı Novoxatske və Tolstoye kəndlərini işğal etmişdi.
"AzPolitika.info"


Şərhlər