Menu

Türkiyə və Ermənistan sərhədin açılması məsələsini hələ müzakirə etmir

11.08.2025, 17:59
Türkiyə və Ermənistan sərhədin açılması məsələsini hələ müzakirə etmir

Türkiyə və Ermənistan konkret olaraq sərhədin açılması məsələsini hələ müzakirə etmir, danışıqlar prosesi davam edəcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Ankara münasibətlərin normallaşması üzrə danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu ən yüksək səviyyədə ifadə edib.

"Danışıqların tarixi və yeri barədə hələ dəqiq məlumat yoxdur, xüsusi nümayəndələr bunu diplomatik kanallar vasitəsilə razılaşdıracaqlar", - mənbə deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol