ABŞ Prezidenti Donald Tramp cümə günü, avqustun 15-də Rusiyada Vladimir Putinlə görüşəcəyini açıqlayıb.O, bu barədə Ağ Evdə mətbuat konfransı zamanı bildirib.
"Mən cümə günü Rusiyaya gedirəm. Putini görməyə gedirəm", - Tramp deyib.
ABŞ Prezidenti əlavə edib ki, Putin də ikitərəfli sammit üçün ABŞ-də olacaq. Onun sözlərinə görə, Alyaskadakı görüş daha çox ilkin görüş olardı.
"Bu, sınaq görüşüdür. Mən ona müharibəni bitirməsini söyləyəcəyəm, konstruktiv dialoqa ümid edirəm", - Tramp vurğulayıb.
Bundan əvvəl ABŞ Prezidenti artıq avqustun 15-də Putinlə görüşə hazırlaşdığını bildirsə də, o, bu sammitin Alyaska ştatında keçiriləcəyini bəyan edib.
Bu görüşün Alyaskada keçiriləcəyi ilə bağlı məlumatı Putinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. O vurğulayıb ki, bu görüş yeri ABŞ və Rusiyanın “yaxın qonşu” olduğunu təsdiqləyir.

Şərhlər
Tramp və Putin başqa anlayışlı, dünyagörüşlü insanlardır. Putin psixaligiyasına malik insanın ayağına getmək, ona divident qazandıracaq və o, gələcəkdə daha aqressiv olcaq. Belə xəstə təxəyyüllü insanlar üçün müqəddəs heç nə yoxdur. Necə ki, zamanında Hitler də bu psixalogiyaya sahib idi.