Menu

Ukrayna münaqişəni bitirmək üçün itirilmiş ərazilərindən imtina edə bilər - KİV

12.08.2025, 09:20
Ukrayna münaqişəni bitirmək üçün itirilmiş ərazilərindən imtina edə bilər - KİV

Ukrayna hərbi əməliyyatları dayandırmaq, silah tədarükü və NATO-ya üzvlük yolu kimi təhlükəsizlik zəmanəti almaq üçün itirilmiş ərazilərindən imtina edə bilər.

APA xəbər verir ki, bu haqda Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, Ukrayna hökuməti hazırkı döyüş təmas xətti boyunca münaqişəni dondurmağa hazırdır.

Bununla yanaşı, Kiyev Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində nəzarəti altında olan əraziləri də vermək istəmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol