Menu

Netanyahu İran xalqına müraciət edib

13.08.2025, 00:01
Netanyahu İran xalqına müraciət edib

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

"Report" xəbər verir ki, müvafiq müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağırıb.

“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.

İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol