Menu

“Fənərbaxça” Çempionlar Liqasında "play-off" mərhələsinə yüksəlib

13.08.2025, 01:30
“Fənərbaxça” Çempionlar Liqasında "play-off" mərhələsinə yüksəlib

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

APA xəbər verir ki, “Fənərbaxça” azarkeşləri önündə “Feyenoord”la qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.

Bununla da "Fənərbaxça” UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib.

Xatırladaq ki, “Fənərbaxça” ilk qarşılaşmada səfərdə 2:1 məğlub olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol