Menu

Milli Qvardiya qüvvələri Vaşinqtonda vəzifələrinin icrasına başlayıb

13.08.2025, 10:40
Milli Qvardiya qüvvələri Vaşinqtonda vəzifələrinin icrasına başlayıb

ABŞ Milli Qvardiyası qüvvələri Vaşinqton küçələrində peyda olub.

APA ABŞ mediasına istinadən xəbər verir ki, onların sayının 800-ə qədər olduğu ehtimal edilir.

Əlavə olaraq, 500-ə qədər federal hüquq-mühafizə orqanı əməkdaşının da Milli Qvardiyaya dəstək olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Milli Qvardiya qüvvələrinin Vaşinqtonda artan cinayət halları və qeyr-qanuni immiqrasiyaya qarşı mübarizə üçün səfərbər edildiyini bildirib.

Vaşinqton meri Muriel Bouzer isə şəhərdə cinayət hallarının nəzarət altında olduğunu bəyan edib və Trampın bu qərarını avtoritarlıq adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol