Macarıstanın Baş naziri Viktor Orban Ukrayna müharibəsi ilə bağlı qalmaqallı açıqlama verib.
O, Rusiyanın Ukrayna üzərində qələbə qazandığını, Avropanın isə danışıqlardan kənarda qalma riski ilə üz-üzə olduğunu bildirib.
“Hazırda biz sanki sonsuz davam edən bir müharibədən danışırıq. Amma belə deyil. Ukraynalılar müharibəni uduzdular. Rusiya bu müharibəni qazandı. Sual odur ki, Qərb – Ukraynanın arxasında dayanan qüvvə bunu nə vaxt və hansı şəraitdə etiraf edəcək və bundan sonra nə baş verəcək”, – deyə Orban bildirib.
"AzPolitika.info"


Şərhlər
C.Orban nədənsə rusdan çox rus kimi gŏrůnmək istəyir...