Menu

Qəzzaya hücumlar nəticəsində gün ərzində 98 nəfər həlak olub

14.08.2025, 00:17
Qəzzaya hücumlar nəticəsində gün ərzində 98 nəfər həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində daha 37 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera"ya rəsmi mənbədən məlumat verilib.

Bildirilib ki, bununla da gün ərzində həyatını itirən fələstinlilərin sayı 98-ə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qəzzada aclıqdan ölənlərin sayının 235-ə çatdığı, onlardan da 106-nın uşaq olduğu bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol