Menu

Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb

14.08.2025, 09:54
Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb

Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol