Menu

Pokrovskda 1300 dinc sakin qalıb - Onları işğalçı ordu ilə cəmi 1 kilometr ayırır

14.08.2025, 10:44
Pokrovskda 1300 dinc sakin qalıb - Onları işğalçı ordu ilə cəmi 1 kilometr ayırır

Hazırda Pokrovskda mindən çox dinc sakin var və onların təxliyəsi yalnız Ukrayna hərbçilərinin birbaşa dəstəyi ilə mümkündür. 

“AzPolitika” xəbər verir ki, bunu Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin deyib.

Region rəhbərinin sözlərinə görə, Donetsk vilayətində ən ağır vəziyyət məhz Pokrovskdadır. Filaşkin deyib ki, şəhərdə 1327 sakin var və onların yaşadığı nöqtələrdən rus işğalçılarına qədər olan məsafə cəmi bir kilometrə yaxındır.

O vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının irəliləməsini ləngitmək üçün əlindən gələni edir: “Evakuasiyaya gəlincə, bu, Müdafiə Qoşunları olmadan demək olar ki, mümkün deyil, çünki düşmən bütün giriş yollarını FPV dronlarla atəşə tutur... İndi şəhərdən getmək istəyənlər bunu yalnız Müdafiə Qüvvələrinin dəstəyi ilə edə bilərlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol