Menu

Bu ölkə "Bayraktar"ı invanterinə daxil etmək istəyir - Sınaqlar başlayıb

14.08.2025, 12:45
Bu ölkə "Bayraktar"ı invanterinə daxil etmək istəyir - Sınaqlar başlayıb

Yaponiya Türkiyə istehsalı "Bayraktar TB2" və İsrail istehsalı "Heron-2" pilotsuz uçuş aparatlarını sınaqdan keçirir.

Bu barədə Yaponiyanın aparıcı qəzetlərindən "Mainichi Shimbun" məlumat yayıb.

Xəbərə görə, Yaponiya Müdafiə Nazirliyi "Bayraktar TB2"-ni rəsmi olaraq invanterinə daxil etməyi nəzərdən keçirir. 

Xəbərdə vurğulanır ki, Yaponya Müdafiə Nazirliyi PUA-ların döyüş şəraitində istifadəsini öyrənmək üçün xüsusi bir tapşırıq qrupu yaradıb. Bu çərçivədə Ukraynadakı müharibə nümunə kimi götürülüb və Türkiyənin "TB2" uğuru diqqətlə incələnir.

"Kyodo News" məlumatına görə, Yaponiyanın 2026 maliyyə ili büdcəsində pilotsuz uçuş aparatları üçün 100 milyard yen (təxminən 670 milyon dollar) nəzərdə tutulub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol