UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.
Masazırdakı Əlincə stadionunda baş tutan matçda bərbad oyun nümayiş etdirən "Sabah" 2:0 hesabı ilə məğlub olub.
Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.


Şərhlər