"Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.
Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə "Omoniya” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.
Beləliklə, Bakıdakı ilk görüşdə də 0:4 hesabı ilə uduzan "Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.


Şərhlər
Araz Naxçıvan futbol klubu, bu nə biyabırçılıqdır, belə hesabla uduzmalar???...Özüdə bir düz-əməlli komandaya uduzsaydı dərd yarl, hansısa bir Kipr komandasına???...Ayıb olsun...