Menu

“Ukraynasız sülh ola bilməz!” – Kiyev Tramp-Putin görüşü öncəsi bəyanat yaydı

15.08.2025, 10:48
“Ukraynasız sülh ola bilməz!” – Kiyev Tramp-Putin görüşü öncəsi bəyanat yaydı

Ukraynasız sülh qərarları qəbul edilə bilməz və danışıqlar yalnız atəşkəs əldə edildikdən sonra nəticə verəcək.

“AzPolitika” xəbər verir ki, bunu Alyaskada Vladimir Putinlə Donald Tramp arasında keçiriləcək görüş öncəsi Ukraynanın Xarici İşlər naziri Andrey Sıbiqa X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Ukraynanın və onun müttəfiqlərinin sülh yolunda mövqeyi prinsipial və aydındır - sülhü Ukraynasız müəyyən etmək olmaz: "Heç kim ukraynalılardan çox sülh istəmir. Heç kim sülhü avropalılardan çox istəmir. Amma Rusiya əsas məqsədini müharibə aparmaqda görür. Rusiya ədalətli və davamlı sülhə gedən yolumuzda yeni divarlar hörməyə üstünlük verir. Azadlığımızı möhürləmək istəyir".

O vurğulayıb ki, yalnız "rus imperializmindən güclü olan" birlik sayəsində etibarlı təhlükəsizlik üzərində qurulmuş layiqli sülh əldə edilə bilər.

Məlum olduğu kimi, bu gün Alyaskada Donald Trampla Putin arasında görüş baş tutacaq. Bundan öncə Trampın keçmiş müşaviri Con Bolton Putinin həqiqətən də atəşkəsə razılaşacağını istisna etmədiyini deyib. Lakin onun dediyi kimi, məsələ bunun hansı şərtlərlə ediləcəyinə bağlıdır. Onun sözlərinə görə, Alyaskada aparılan danışıqlar Koreya ssenarisinin Ukraynaya tətbiq olunmasına gətirib çıxara bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol