Menu

Ukrayna Xəzərdə rus gəmisini vurub – İrandan “Şahed” üçün hissələr daşıyırdı

15.08.2025, 10:48
Ukrayna Xəzərdə rus gəmisini vurub – İrandan “Şahed” üçün hissələr daşıyırdı

Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Həştərxan vilayətindəki dəniz limanına zərbələr endirib. Nəticədə İrandan “Şahed” PUA-ları üçün komponentlər daşıyan gəmi vurulub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmənin hava zərbələri endirmək imkanlarının azaldılması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Olya dəniz limanına (Rusiya Federasiyasının Həştərxan vilayəti) zərbə endirib.

Liman Rusiya tərəfindən İrandan hərbi malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Mövcud məlumatlara görə, “Şahed” tipli PUA-nın komponentləri və İrandan gələn sursatla yüklənmiş “Port Olya 4” gəmisi vurulub”, - məlumatda deyilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol