Menu

“Rosneft”-in ən böyük zavodlarından biri vuruldu - VİDEO

15.08.2025, 10:50
“Rosneft”-in ən böyük zavodlarından biri vuruldu - VİDEO

Bu gün səhər Rusiyanın Samara vilayətinin Sızran şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. Sosial şəbəkələr hücumun hədəfinin yerli neft emalı zavodu olduğunu yazır.

“AzPolitika” xəbər verir ki, Telegram kanalları Sızran neft emalı zavodunun ərazisində baş verən yanğını əks etdirən çoxlu foto və videolar dərc edir.

Samara vilayətinin qubernatoru Ukrayna PUA-larının bölgəyə hücumu barədə xəbərləri təsdiqləyib, lakin Sızrandakı neft emalı zavoduna zərbə endirilməsi barədə heç nə deməyib.

Qeyd edək ki, Sızran neft emalı zavodu “Rosneft” sistemindəki ən böyük zavodlardan biridir. Bu zavod Samara, Saratov, Penza və Mərkəzi Rusiyanın bəzi hissələrini, həmçinin Rusiyanın Mərkəzi və Cənub rayonlarındakı aerodromlarını və hərbi hissələrini yanacaqla təmin edir. Həmin zavoda bundan öncə də iki dəfə PUA hücumu olub.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol