Bütün dünyanın diqqəti Alyaskada Donald Trampla Vladimir Putin arasında keçiriləck görüşə yönələrkən, bu sammitə pessimist yanaşanlar və onu Trampın zəifliyi kimi təqdim edənlər də az deyil.
Məsələn, ABŞ konqresmeni Mayk Kuiqli Sky News-a müsahibəsində deyib ki, Donald Tramp avqustun 15-də Alyaskada Vladimir Putinlə görüşməklə sadəcə, vaxt udmağa çalışır.
Kuiqlinin fikrincə, Putin də hər bir diktator kimi ancaq gücü tanıyır. Amma Kreml rəhbəri bu gücü Trampda görmür.
Kuiqli Trampı bundan öncəki ultimatumlarından geri çəkildiyinə görə tənqid edib və deyib ki, Putin onu öz ultimatumlarından və həmin ultimatumlarda qoyduğu vaxtlardan imtina etmiş zəif şəxs kimi görür: "Niyə Prezident Zelenski orada deyil? Niyə Tramp altı ultimatum müddətinin ötməsinə icazə verdi? Məncə, Prezident sadəcə, özünə bir qədər vaxt udmağa çalışır”.
Onun fikrincə, Tramp Rusiya liderinin tərəfinə keçib. O, həmçinin hesab edir ki, Amerika Prezidenti “Putinlə sehrli bir şey baş verəcəyinə” və onun dəyişəcəyinə ümid etdiyinə görə Alyaskada bu sammiti təşkil edib: "Bu zaman isə ruslar daha çox ərazi ələ keçirərək yavaş-yavaş irəliləyirlər".
“AzPolitika.info”


Şərhlər