Menu

Tramp-Putin görüşü saat neçədə başlayacaq? – AĞ EV AÇIQLADI

15.08.2025, 11:20
Tramp-Putin görüşü saat neçədə başlayacaq? – AĞ EV AÇIQLADI

Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Alyaskada keçiriləcək görüş cümə günü yerli vaxtla saat 11:00-da başlayacaq.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin mətbuat xidməti bildirib.

Bu, Bakı vaxtı ilə saat 23.00 deməkdir.

Məlumatda deyilir ki, Tramp axşam saat 17.45-ə qədər Alyaskanın Ankoric şəhərində olacaq: “Yerli vaxtla saat 17:45-də Tramp Ankoricdən ayrılaraq Vaşinqtona uçacaq”.

Qeyd edək ki, bu, 2021-ci ilin iyunundan bəri(Putin o vaxt Cenevrədə Co Baydenlə görüşmüşdü) iki dövlət başçıları arasında ilk təkbətək görüş olacaq. Həmçinin, Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya başçısı olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol