Rusiya XİN başçısı Sergey Lavrovun Alyaskanın Ankoric şəhərinə gəlişini əks etdirən videogörüntülər yayımlanıb.
“AzPolitika” xəbər verir ki, Lavrov kadrlarda üzərində “SSSR” yazılan ağ “futbolka”da görüntülənib.
Lavrovun bu düşük jesti media tərəfindən Rusiya XİN başçısının imperiyaçılıq təfəkkürünün növbəti ucuz təzahürü kimi qiymətləndirilib. Bu, həmçinin Kremlin, Rusiyanın indiki rəhbər elitasının SSRİ-nin bərpası kimi utopik xəyallarla yaşadığının və məhz buna görə qonşu dövlətlərə qarşı aressiv işğalçılıq siyasəti yürütməsinin daha bir sübutu kimi qəbul edilir.
“AzPolitika.info”

Şərhlər
Rusların yeni Putinin SSRİ-ni beroa etmek arzusu üreyinde qalmasın deye Rusiyanın adını deyişib SSRİ qoysunlar mesele yekunlaşsın,onsuz da 14 respublikadan heç biri bir de tarixi sehv etmez ölerler bu işe getmezler.