ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskadakı görüşündə nəzərdə tutulan işgüzar nahar yeməyi ləğv edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə “gazeta.ru” məlumat yayıb.Ancaq səbəbləri barədə əlavə açıqlama verilməyib.
Görüşdən sonra liderlər dərhal mətbuat konfransına keçmək qərarına gəliblər. Sonra isə Alyaskadan ayrılıblar.
Məlumata görə, naharda ABŞ-nin bir neçə yüksək rütbəli rəsmi şəxsinin iştirakı nəzərdə tutulurdu. Lakin görüşdən sonra liderlər dərhal mətbuat konfransına keçmək qərarına gəliblər.
Qeyd edək ki, “İzvestiya” nəşri naharın menyusunu da yaymışdı . Belə ki, siyasətçilərə ilk olaraq şampan sirkəli sous ilə yaşıl salat və rozmarin - limon yağlı xüsusi çörək təqdim olunması nəzərdə tutulurdu. Qarnir olaraq kartof püresi, şirniyyat menyusunda isə dondurma ilə servis edilən krem-bryule var.
Naharla bağlı yayılmış sxemdə Rusiya Prezidenti Vladimir Putinin adı “H.E. Putin” (His Excellency - “Zati-aliləri”) kimi qeyd olunub, ABŞ prezidenti Donald Tramp isə xüsusi rəmz ilə göstərilib.




Şərhlər