Menu

Novxanıda bir nəfər dənizdə batıb

16.08.2025, 08:54
Novxanıda bir nəfər dənizdə batıb

Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisindən keçən hissəsində faciəvi hadisə baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramov Murad dənizdə çimərkən boğulub.

Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib və yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol