Menu

“Üçtərəfli görüş müzakirə edilməyib” – Uşakov

16.08.2025, 11:45
“Üçtərəfli görüş müzakirə edilməyib” – Uşakov

Məlum olur ki, Donald Tramp və Vladimir Putin Alyaskada yaxın zamanda Ukrayna lideri Volodimir Zelenski ilə üçtərəfli sammitin keçirilməsini heç müzakirə belə etməyiblər.

“AzPolitika” xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov “TASS”-a açıqlamasında deyib. Uşakovun dediyinə görə, bu məsələ qaldırılmayıb: “Putin, Tramp və Zelenski arasında üçtərəfli sammitin keçirilməsi mövzusu hələ qaldırılmayıb”.

Həmçinin, Rusiya tərəfinin bildirdiyinə görə, Putinlə Tramp arasında növbəti görüşün nə vaxt keçiriləcəyi də məlum deyil.

Xatırladaq ki, daha əvvəl Tramp deyib ki, Putin və Zelenski sülhə nail olmaq yollarını müzakirə etmək üçün potensial görüşdə onun da iştirakını istəyirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol