Menu

“Atəşkəs yox, sülh müqaviləsi lazımdır” – Tramp yenə sözünü dəyişdi

16.08.2025, 15:23
“Atəşkəs yox, sülh müqaviləsi lazımdır” – Tramp yenə sözünü dəyişdi

Son günə qədər ilk növbədə Ukraynada atəşkəsə nail olacağını, daha sonra isə sülh danışıqlarının aparılmalı olduğunu deyən Donald Tramp, artıq bu cür düşünmür.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Trampın fikrincə, müharibəni bitirməyin ən yaxşı yolu atəşkəs yox, sülh razılaşmasıdır. Bu barədə o, Alyaskada Vladimir Putinlə görüşdən, habelə daha sonrakı Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə söhbətindən sonra “TruthSocial” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Putinlə görüş, Zelenski və Avropa liderləri, o cümlədən NATO-nun “çox hörmətli baş katibi” ilə telefon danışığı “çox yaxşı” keçib: “Hər kəs qərara gəlib ki, Rusiya ilə Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu, çox vaxt baş tutmayan sadə atəşkəs razılaşmasına deyil, müharibəni bitirən sülh sazişinə keçməkdir”.

Qeyd edək ki, Vladimir Putin də bütün danışıqlar prosesi boyunca eyni şeyi deyir. Atəşkəsdən imtina edən Rusiya başçısı “sülh razılaşması”ndan və bunun üçün “ilkin səbəblərin aradan qaldırılmasından” danışır. Bu isə indiyə qədər sadəcə, vaxt uzadılması və Ukraynanın işğalının davam etdirilməsi ilə nəticələnib.

C.Məmmədli 

“AzPolitika.info”

Şərhlər

Senan 2025-08-17 11:25:36

c.tryap nala-mıxa vurmaqdan həzz alır deyəsən

Bəhrami 2025-08-16 19:57:07

Hörmətli-fəal *Demokrat* Yazar, necə ki, M.Ə.Sabir yazıb-*aləm necə olur-olsun, hərənin özəl marağı ilə birgəyayayış hüquq normaları uzlaşmır? Hamının diplomatik sylərinə ümid etdiyi Ali Şəxsi müvəqqəti-azdırıcı Atəşkəs qane etmir? Qəti şərtli Sülh gərək!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol