Menu

Yazıçı Vidadi Babanlı vəfat edib

16.08.2025, 22:19
Yazıçı Vidadi Babanlı vəfat edib

Əməkdar incəsənət xadimi Vidadi Babanlı vəfat edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Şərəf" ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub. ADU-nun fılologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib. C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol